Türkiyə Parisdəki terror aktını qınayır

Türkiyə Parisdəki terror aktını qınayır
18:18 7 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Fransada satirik jurnalın ofisinə hücumu pisləyir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Parisdə "Charlie Hebdo" satirik nəşrinin ofisinə hücumu qınayır.

M.Çavuşoğlu qeyd edib ki, bu hücumu müsəlmanlarla bağlamaq düzgün deyil.

Qeyd edək ki, bu gün Parisdə "Charlie Hebdo" satirik nəşrinin ofisinə hücum nəticəsində ən azı 12 nəfər ölüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR