Nazir 700 gəlinə dəyənək payladı: "Əriniz döyərsə..."

Nazir 700 gəlinə dəyənək payladı: "Əriniz döyərsə..."
14:23 1 May 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Madhya Pradesh əyalətində nazir qadınlara qarşı şiddətin qarşısını almaq üçün maraqlı layihəyə imza atıb. Əyalətdə keçirilən kütləvi toya qatılan nazir 700 gəlinə taxta dəyənək hədiyyə edib.

Publika.az xəbər verir ki, dəyənəklərin üstündəki yazılar xüsusi diqqət çəkib. Təxminən 40 sm uzunluğundakı dəyənəklərin üzərində "Sərxoşları döymək üçün istifadə edilir" və "Polis müdaxilə etməyəcək" kimi yazılar həkk olunub.

Layihə çərçivəsində dəyənəkləri gəlinlərə şəxsən əyalət naziri Gopal Bhargava paylayıb. O, layihəni xüsusilə kənd yerlərində yaşayan xanımların ailə içi şiddətə məruz qaldığını diqqətdə saxlamaq üçün gerçəkləşdirdiyini deyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR