Heydər Əliyev Fondu “Bakı Marafonu 2017”nin iştirakçıları və sponsorlarına təşəkkür edib

Heydər Əliyev Fondu “Bakı Marafonu 2017”nin iştirakçıları və sponsorlarına təşəkkür edib
14:27 1 May 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Heydər Əliyev Fondu “Bakı Marafonu 2017”nin iştirakçıları və sponsorlarına təşəkkür edib.
Bu barədə "Report"a Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 30-da keçirilən “Bakı Marafonu 2017” kütləviliyi, maraqlı məqamları ilə yadda qalıb.
Marafona qoşulan 13 mindən çox iştirakçı həmrəylik, sağlam həyat tərzi ideyalarına dəstək verib. Belə ki, marafon idmanın inkişafına dəstək göstərməklə yanaşı, sağlam həyat tərzinin təbliği, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək, pozitiv enerji yaratmaq baxımından vacib rol oynayır.
Məlumata görə, budəfəki marafonda müxtəlif ölkələrdən 1000-dən çox əcnəbi, Azərbaycanın ayrı-ayrı bölgələrindən 600-dək nümayəndə iştirak edib, eləcə də tələbələr fəallıqları ilə seçilib.
Qeyd edək ki, artıq ikinci ildir keçirilən Bakı Marafonu Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub, layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.
“Bakı Marafonu 2017” həm də bir çox təşkilatları öz ətrafında birləşdirib. Yarışa respublikada fəaliyyət göstərən 60-dan artıq təşkilat və şirkətin təmsilçiləri qoşulub.
Eyni zamanda bir sıra təşkilat və şirkətlər marafonun tərəfdaş və sponsorları olub: Təhsil Nazirliyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, Regional İnkişaf İctimai Birliyi, “GreenCar”, “Azər Türk Bank”, “GoSport”, “Türk Hava Yolları”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo”, “Ernst & Young”, “Kontakt Home”.




Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/heyder-eliyev-fondu-baki-marafonu-2017-nin-istirakcilari-ve-sponsorlarina-tesekkur-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR