x
Loading...

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidentinə başsağlığı verib
14:32 1 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu göndərib. 
“Report” xəbər verir ki, məktubda deyilir: 
“Hörmətli Almazbek Şarşenoviç,
Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-qirgiz-respublikasinin-prezidentine-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR