Muğam Mərkəzində gənc tarzənlərin konserti keçirildi - FOTO

Muğam Mərkəzində gənc tarzənlərin konserti keçirildi - FOTO
14:37 1 May 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 29-u Beynəlxalq Muğam Mərkəzində "Müasir Azərbaycanın gənc tarzənləri" alı konsert keçirildi.

Milli.Az bildirir ki, tədbir Mədəniyyət kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsidir.

İlk öncə aparıcı səhnəyə çıxaraq tamaşaçılara azərbaycan tarının tarixini, təkmilləşmə prosesi barəsində  məlumat verdi. Azərbaycanın məşhur tarzənlərinin adını çəkdi: Sadıqcan, Adil Gəray Məmmədbəyli, Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mansurov, Əliağa Quliyev, Allahyar Cavanşirov, Hacı Xanməmmədov, Həbib Bayramov, Əhsən Dadaşovun, müasir tarzənlərdən isə Ramiz Quliyev, Möhlət Müslümov, Firuz Əliyev, Zamiq Əliyev, Adil Bağırov, Ağasəlim Abdullayevin adları çəkildi.

Həmin axşam çıxış edən tələbələri dinləməyə Milli Konservatoriyanın rektoru, xalq artisti , professor Siyavuş Kərimi də gəlmişdi.

Milli Konservatoriyanın tələbələri Babayev İbrahim, Cəfərov Mircavid, Ömərli Şamil, Rəhilə Məhərrəmova, Zaur Rzayev, Səxavət Məmmədov, Nurlan Cəbizadə, İsmayıl Zülfüqarov, Tofiq Məmmədov, Rüfət Mustafayev uğurla çıxış etdilər.Onların ifasında A.Məlikovun "Prelüd", V.Adıgözəlovun "Bakı", F.Şopenin "Noktürn № 20", H.Vəkilovun "Çılğın rəqs", H.Rzayevin "Rəqs-tokkata" əsərləri, "Orta mahur", "Bayatı-Şiraz", "Xaric Segah", "Çahargah", "Zabul" muğamları  səsləndi.

Tədbirin sonunda bütün tarzənlər birlikdə S.Ələsgərovun "Daimi hərəkət" əsərini ifa etdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/540491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR