Dünyanın taleyi mayın 3-də həll olunacaq

Rusiya və Türkiyə prezidentləri mayın 3-də Soçidə görüşəcək.

Görüş çərçivəsində ölkə rəhbərlərinin terrorizmlə birgə mübarizə və Suriya böhranının nizamlanması istiqamətində, eləcə də aktual regional və beynəlxalq problemlərin müzakirə edəcəyi deyilir.

Bəs, bu görüş iki dövlət arasındakı münasibətlərə nə dərəcə təsir göstərəcək? Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Əhmədoğlu görüşün çox mürəkkəb keçəcəyini bildirdi:

“Rusiya və Türkiyə arasında çox ciddi problemlər var. Hazırda iki ölkə arasındakı münasibətə belə bir ad verərdim: Ya “Mehriban düşmənlər”, ya da “Lənətlənmiş dostlar”. Onların bir-biri ilə apardığı müzakirələrdə öz problemlərinin həlli çox vaxt aparacaq. Bu səbəblə, görüşü çox mürəkkəb görürəm. Ərdoğanla Putinin görüşü zamanı Türkiyə ilə bağlı fundamental razilaşma olmazsa, Türkiyə çalışacaq Rusiyanın daxilindəki vəziyyəti gərginləşdirsin, eləcə də, Rusiya çalışacaq ki, kürd terrorçularına dəstək verməklə Türkiyənin daxilində problem yaratsın. Ən yaxşı variant odur ki, iki prezident çox açıq şəkildə söhbət etsinlər. Çünki bu gərginlik istər-istəməz Azrbaycana təsir edir.

Dağlıq Qarabağ məsələsinə yer verilməyəcək

Bu konteksdən baxdığımz zaman, müzakirələrdə Dağlıq Qarabağ məsələsinə yer veriləcəyini görmürəm. Qaldı ki, “S-400”lərin alınması məsələsi, bu barədə artıq Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksinin alınmasını geosiyasi bir razılaşma hesab edirəm. Türkiyə Rusiyadan ən müsir silahı almaqla, NATO-ya acıq verir. Eləcə də, Rusiya Türkiyəyə bu silahı verməklə, bu cür fikirləşir. Amma bildirim ki, “S-400” razılaşması Türkiyə-Ruisya münasibətlərində düyünün açılması demək deyil”.

Xəyalə Məmmədova /METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR