“Kremllə sözləşmə...” Trampa impiçment XƏBƏRDARLIĞI

“Kremllə sözləşmə...” Trampa impiçment XƏBƏRDARLIĞI
14:53 1 May 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın “Rusiya ilə əlaqələri” barəsində araşdırma uğursuzluqla irəliləyir.

Publika xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Konqresinin üzvü Maksin Uoters MSNBC kanalına müsahibəsində deyib.

Bununla belə o əmindir ki, sonda həqiqət yerini tapacaq. Bundan başqa, Uoters ABŞ prezidentinin Rusiya ilə “gizli sözləşmə”sinin sübut ediləcəyi halda onun impiçmentlə qarşılaşacağına şübhə etmir.

“Araşdırmalar davam etməlidir. Mən Nümayəndələr Palatasında araşdırmanın gedişatından narazıyam. “The Washington Post” nəşri və ABC telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların yalnız 42 faizi Rusiya haqqında araşdırmanın obyektiv keçiriləcəyinə inanır. Amma inanıram ki, biz həqiqəti tapacağıq”, - konqresmen vurğulayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR