Kremlin ideoloqu Putinin Qarabağ planının ÜSTÜNÜ AÇDI: Bakını qəzəbləndirəcək ADDIM

Kremlin ideoloqu Putinin Qarabağ planının ÜSTÜNÜ AÇDI: Bakını qəzəbləndirəcək ADDIM
15:03 1 May 2017
167 Digər
Ölkə mətbuatı
A- A+

“Amerikalılar Qarabağda müharibəni alovlandırmaq istəyirlər, çünki bunun nəticəsində Rusiya zərər çəkə bilər”.

Publika.az
xəbər verir ki, bu barədə “Beynəlxalq Avrasiya Hərəkatı”nın rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, Qarabağda müharibə olacaqsa, Rusiya Ermənistanı dəstəkləməyəcək: “Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır. Rusiya bu münaqişədə konkret hansısa tərəfdən çıxış edə bilmir”.

Duqin dolayısı ilə Kremlin Qarabağla bağlı mövqeyini ifadə edib.

“Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyəti Qarabağı Azərbaycanın tərkin hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”, - deyə o bildirib.

Kremlin ideoloqu Rusiyanın öz sülhməramlılarının Qarabağa daxil etmək planının olmadığını deyib. Lakin əlavə edib ki, “lazım olacaqsa, biz bunu edəcəyik”.

“Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir”, - deyə Duqin vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR