"Kapital Bank" lotereya keçirir

"Kapital Bank" lotereya keçirir
15:07 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Kapital Bank"ASC "Visa" kartlarının sahibləri üçün “Qazandıran xərclər” adlı lotereya keçirir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, ölkə daxilindəki POS-terminallar vasitəsilə minimum 1 manat ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsini www.kapitalbank.az/visa-campaign saytında olan müvafiq bölmədə qeydiyyatdan keçirərək, lotereyada iştirak edə bilərlər.
30 iyun tarixinədək davam edəcək lotereyada hər gün 5 nəfər müştərinin hər biri 50 manat, lotereyanın sonuncu tirajında isə 1 müştəri 1 000 manat qazanacaq.
Qeyd edək ki, "Visa" kartlarını "Kapital Bank"ın filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. "Kapital Bank" Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-in-visa-kartlari-ile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR