Angela Merkel Səudiyyə Ərəbistanı kralı ilə görüşdə hicab geyinməkdən imtina edib

Angela Merkel Səudiyyə Ərəbistanı kralı ilə görüşdə hicab geyinməkdən imtina edib
15:07 1 May 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud ilə görüşdə hicab geyinməyib.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
Səudiyyə Ərəbistanında qadınlar üçün ciddi geyim qaydaları mövcud olsa da, Almaniya kansleri qaydalara riayət etməyib.
Qeyd edək ki, A.Merkel Səudiyyə Ərəbistanı kralından əlavə, səudiyyəli qadın sahibkarlarla da görüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/angela-merkel-seudiyye-erebistani-krali-ile-gorusde-hicab-geyinmekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR