Azərbaycan taekvondoçular “DTF Prezident Kuboku”nda 8 medal qazanıblar

Azərbaycan taekvondoçular “DTF Prezident Kuboku”nda 8 medal qazanıblar
15:12 1 May 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada keçirilən “DTF Prezident Kuboku”nda Azərbaycan taekvondoçuları 8 medal qazanıb. "Report"un məlumatına görə, yarışın son iki günündə yığma üzvləri 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.
Qızıl medalı yeniyetmələr arasında 41 kq çəki dərəcəsində Ofeliya Allahverdiyeva əldə edib. Böyüklərdən ibarət yığmanın üzvü Qaşım Maqomedov (54 kq) və Radik İsaev (+87 kq) finalda uduzaraq, gümüş medala layiq görülüblər. Sina Bahrami (68 kq) isə yarmfinalda uduzaraq, bürünc medalla kifayətlənib.
Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi və sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. Medalçılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə edəcəklər.
Qeyd edək ki, taekvondoçular turnirdə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də, baş məşqçilər Reza Mehmandosut, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-taekvondocular-dtf-prezident-kuboku-nda-8-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR