UNEC professoru nüfuzlu fəxri ada layiq görülüb

UNEC professoru nüfuzlu fəxri ada layiq görülüb
15:29 1 May 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

UNEC-in professoru nüfuzlu fəxri ada layiq görülüb.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası, Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərova “Türk dünyası fəxri mədəniyyət və sülh səfiri” beynəlxalq adı verilib.

 

Bildirək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türklərin yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılan beynəlxalq elmi təşkilatdır. Akademiya dünyanın 30-dan çox ölkəsinin tanınmış universitetləri, tədqiqat institutları, akademiyaları, bioqrafiya mərkəzləri, vəqfləri və digər qurumları ilə qarşılıqlı əməkdaşlıq edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR