Türkiyə terrorçuların nəzarəti altında olan bölgəyə zirehli texnika cəmləyib

Türkiyə terrorçuların nəzarəti altında olan bölgəyə zirehli texnika cəmləyib
15:32 1 May 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Türkiyə Suriyanın Tel-Abyad sərhədyanı əyalətinin qarşı tərəfindəki Tatlıca, Hürriyet və Öncül yaşayış məntəqələrinə zirehli texnika cəmləyib. 
“Report” "Haber7"yə istinadən xəbər verir ki, hazırda beton bloklardan ibarət divar tikintisi də davam edir.
Məlumata görə, Tel-Abyad əyaləti hazırda terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD” və “YPG” silahlılarının nəzarəti altındadır. Aprelin 27-də Suriyanın şimalından “PYD” və “YPG” silahlıları Türkiyənin Akçakale bölgəsindəki Təkce sərhəd polis məntəqəsinə havadan raket atıblar.
Xəbərdə bildirilib ki, Tel-Abyadda üzü maskalı 15 nəfərlik qrup bu terrorçulara təlimat verir.
Məlumata görə, xarici dövlətlərin silahlandırması nəticəsində “YPG”nin 4 tankı, 24 zenit-raket qurğusu, “Doçka” quraşdırılmış 23 avtomobili var. Bu terrorçu dəstənin 2 pilotsuz uçan aparatı da var. Türkiyənin vuracağından ehtiyat edərək hələlik onlardan istifadə etmirlər.
Xəbərdə bildirilib ki, onların əlində 2 “Tomahawk” raketi də var. Qeyd edək ki, bu, ABŞ-ın Bəşşar Əsədin Suriyanın Şayrat bölgəsi yaxınlığındakı aviabazasına atdığı raketdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-terrorcularin-nezareti-altinda-olan-bolgeye-zirehli-texnika-cemleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR