Bir neçə nəfərin döydüyü şəxs öldü - GƏNCƏDƏ

Bir neçə nəfərin döydüyü şəxs öldü - GƏNCƏDƏ
15:34 1 May 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində ölüm faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1951-ci il təvəllüdlü Qurbanov Sədrəddin Zeynalabdin oğlu yaşadığı evdə ölüb. Məlumata görə, S. Qurbanovla hələlik adları məlum olmayan şəxslər arasında dava olub və həmin şəxslər onu döyərək müxtəlif xəsarətlər yetiriblər.
 
Evinə gələn S. Qurbanov özünü pis hiss edib. Evə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.
 
Onun başında və bədinin müxtəlif hissələrində xəsarət izləri aşkarlanıb.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR