"Neftçi" klubu 2 məşqçisi ilə yollarını ayırıb

"Neftçi" klubu 2 məşqçisi ilə yollarını ayırıb
15:47 1 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə iclas keçirilib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda "Neftçi”nin Azərbaycan Premyer Liqası və ölkə kubokunda çıxışı ilə bağlı icraçı direktor Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevin hesabatları dinlənilib. 
"Zirə” ilə XXVIl tur matçında legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət qəti narazılıqla qarşılanıb. Həmçinin, "Neftçi”nin məşqçiləri – Aleksandr Deriberin və İqor Getmanla müqavilə müddətinin artırılmaması ilə bağlı verilmiş qərar təsdiqlənib.
Komandanın məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-klubu-2-mesqcisi-ile-yollarini-ayirib-resmi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR