Fransa Avropa İttifaqından çıxa bilər

Fransa Avropa İttifaqından çıxa bilər
15:47 1 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində deyib.

"İrəli" hərəkatının lideri bildirib ki, əgər təşkilat islahatlara getməsə, bu, baş verə bilər: "Düşünürəm ki, mən Avropa İttifaqında və bizim Avropa layihəmizdə dərin islahatlarla məşğul olmalı olacağam. Əks halda Fransa "Frexid"lə üzləşə bilər".
 
Xatırladaq ki, Fransada yeni prezidentin kimliyi mayın 7-də məlum olacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR