Azərbaycanlılar ən çox bu aylarda evlənib-boşanırlar

“2016-cı ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 66771 nikaha daxilolma halları qeydə alınmış, digər aylara nisbətən nikaha daxilolma halları sentyabr ayında (8246) daha çox olub”.

Bu haqda Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

Qurum rəsmisi deyib ki, nikaha daxilolma halları kişilər arasında daha çox 25-29 (29260), qadınlar arasında isə 20-24 (29435) yaş qruplarında baş verib. Nikaha daxil olan zaman ən yaşlı kişinin 82, ən yaşlı qadının 69 yaşı, hər iki cins üzrə ən gənc yaş isə 17 olub. Ötən il ərzində nikaha daxilolma halları daha çox Bakı (16811), Sumqayıt (2592), Gəncə (2006) şəhərlərində, Cəlilabad (1531) və Masallı (1394) rayonlarında qeydə alınıb.

“Eyni zamanda bildirirəm ki, ötən il ölkədə 13114 boşanma halları qeydə alınmış və digər aylara nisbətən boşanma halları noyabr ayında (1257) daha çox olub. Boşanmalar kişilər arasında daha çox 30-34 (3198), qadınlar arasında 25-29 (3453) yaş qruplarında, bir ilə qədər davam edən nikahların pozulması halları kişilər arasında daha çox 25-29 (133), qadınlar arasında isə 20-24 (117) yaş qruplarında baş verib. Boşanma halları daha çox Bakı (4369), Gəncə (733), Sumqayıt (608) şəhərlərində, Ağdam (377) və Tovuz (313) rayonlarında qeydə alınıb".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR