Fransa prezidentliyinə namizəddən Avropa İttifaqına alternativ TƏKLİF

Fransa prezidentliyinə namizəddən Avropa İttifaqına alternativ TƏKLİF
15:52 1 May 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidentliyinə namizəd Marin Le Pen Avropa İttifaqına alternativ təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.L.Pen "Europe 1" radiostansiyasının efirində bildirib ki, Aİ-ni "Azad və suveren dövlətlərin Avropa Alyansı" ilə əvəz etmək istəyir:

"Mən avropalıyam, lakin siyasi kursundan uzaqlaşan Avropa İttifaqı adlı qurumu istəmirəm".

Qeyd edək ki, Fransada "İrəli" hərəkatının lideri E.Makron 23,75 faiz, Milli Cəbhə Partiyasının sədri M.L.Pen isə 21,53 faiz səslə prezident seçkilərinin ikinci turuna adlayıblar. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR