Gəncədə DAVA: Ölən var

Gəncədə DAVA: Ölən var
15:57 1 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində ölüm faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1951-ci il təvəllüdlü Qurbanov Sədrəddin Zeynalabdin oğlu yaşadığı evdə ölüb. Məlumata görə, S. Qurbanovla hələlik adları məlum olmayan şəxslər arasında dava olub və həmin şəxslər onu döyərək müxtəlif xəsarətlər yetiriblər.

Evinə gələn S. Qurbanov özünü pis hiss edib. Evə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.
 
Onun başında və bədinin müxtəlif hissələrində xəsarət izləri aşkarlanıb.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/540564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR