Bu dərmanı atsanız, eşqə düşməyəcəksiz

Bu dərmanı atsanız, eşqə düşməyəcəksiz
15:58 1 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Şair deyir: “Eşqə bir düşdünsə, davamı gəlir”. Alimlər milli şairimizin sözünü təsdiqləyiblər. Deyirlər ki, “insan həyatda bir dəfə aşiq olur” fikrini isə artıq bir kənara tullamaq lazımdır. Çətini bir dəfə sevənə qədərdir. Sonrası sel kimi davamı gəlir.

Publika.az xəbər verir ki, ABŞ alimlərinin gəldiyi qənaətə əsasən sevgi narkotik maddə asılılığı kimidir. Narkotik maddəni bir dəfə istifadə edən adam ondan xilas olmaq əvəzinə, daha da böyük dozada tələb etdiyi kimi, hər yeni sevgi də əvvəlkindən daha tutqulu olur. Alimlər sevən insanın beyin tomoqrafiyasını çıxarıblar. Məlum olub ki, eynən narkomanın beynində gedən proseslər, aşiqlərin də beyinində gedir. İnsan sevdiyi adamla görüşdə narkotik maddə qəbul etmiş kimi orqanizmdə eyforiya yaranır, beynin düşünmə qabiliyyəti zəifləyir. Bu hissi təkrar yaşamaq üçün yenidən növbəti görüşləri doza kimi tələb edir.

Ona görə də sevdiyi insandan ayrılanlar narkotik tapa bilməyən adam kimidir. O, təcili yeni sevgi axtarışına çıxmalıdır, yoxsa bu vəziyyətdə uzun müddət qalmaq psixi pozuntuya səbəb ola bilər.

İndi həkimlər deyir ki, bu kəşf sayəsində gələcəkdə sevgi əleyhinə dərman düzəltmək olar. Bu dərmanı qəbul edən, eşqə düşməyəcək. Bütün mənəvi iztirablardan azad olacaq.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR