AİDA rəhbəri “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq”da iştirak edib (FOTO)

AİDA rəhbəri “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq”da iştirak edib (FOTO)
16:01 1 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 28-29 aprel tarixlərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok şəhərində keçirilmiş “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq” tədbirində iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Şıxəliyev BMT tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkəmizdə aparılan işlər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması və ölkə iqtisadiyyatının əsas sektorlarının inkişafı üzrə strateji yol xəritələrinin qəbul edilməsi və icrası, xüsusən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn tədbirlər barədə məlumat verib.

Bununla əlaqədar olaraq, Azərbaycan nümayəndəsi həmçinin kiçik və orta sahibkarlıq və ailə biznesinə, xüsusilə kənd yerlərində yerləşən istehsal yönümlü ailə təsərrüfatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD”-ın fəaliyyəti haqqında danışıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2748743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR