Siyasi partiya Azərbaycanı Türkiyəyə hərbi yardım etməyə çağırdı

Siyasi partiya Azərbaycanı Türkiyəyə hərbi yardım etməyə çağırdı
16:03 1 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycanda və dünyadakı ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.

Son vaxtlar Türkiyəyə münasibətdə Qərb dövlətlərinin sargilədiyi mövqeyi müzakirə edən BAXCP İdarə Heyəti qardaş ölkəyə qarşı atılan addımları qətiyyətlə pislədiyini bəyan edib:

“BAXCP İdarə Heyəti hesab edir ki, Qərb Türkiyə ilə terrorçular arasında hərbi qüvvələrini yerləşdirməklə onlara dəstək vermək əvəzinə PKK, YPQ, PYD və bu kimi terror qruplarına qarşı mübarizədə rəsmi Ankaranın yanında olmalı, müttəfiqini müdafiə etməlidir”.

BAXCP İdarə Heyəti məsələ ilə bağlı Azərbaycan hökumətinə də çağırış edib:

“Hesab edirik ki, ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan hökuməti Türkiyəyə hərbi yardım da daxil olmaqla, hərtərəfli köməyini təklif etməlidir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/197147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR