Bunu kimlər edir? - FOTO

Bunu kimlər edir? - FOTO
16:05 1 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər "BakuBus" avtobuslarının salon və  qapılarında yerləşdirilmiş məlumat xarakterli nişanların, maarifləndirici lövhələrin söküldüyü və zədələndiyi müşahidə olunub. 

Milli.Az xəbər verir ki, bu barədə "qafqazinfo"ya məlumat verən qurumun mətbuat katibi Mənsur Piriyev bildirib ki, sözügedən işarələr əsasən, sərnişinlərin avtobusa daxil olma və avtobusdan çıxışını bildirən istiqamətverici nişanlardır: 

""BakuBus" olaraq, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinləri  öz mənfi  hərəkətlərindən çəkinməyə çağırırıq. Eyni zamanda bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Bununla yanaşı, "BakuBus" həmin şəxslərin hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması, qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə  qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır. 

Hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılır və yaxın günlərdə araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/540547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR