Xaçmaz Gömrük İdarəsində yerli iş adamları ilə görüş keçirilib

Xaçmaz Gömrük İdarəsində yerli iş adamları ilə görüş keçirilib
16:07 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində yerli iş adamları ilə görüş keçirilib. 
“Report”a DGK-ya istinadən xəbər verir ki, İctimai Şuranın təşkil etdiyi görüşdə İdarənin ərazisində fəaliyyət göstərən sahibkarlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti və Dövlət Baytarlıq Nəzarəti Xidmətlərinin, eləcə də Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, İctimai Şura DGK sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub. 
Tədbirdə çıxış edən Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov ölkədə aparılan islahatlardan danışıb. Onun müavini isə Vüsal Əzizov bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində sahibkarların ixraca marağı artıb. 
Görüşdə bu ilin birinci rübünün göstəricilərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı, o cümlədən, kənd təsərrüfatı və emalı məhsullarının ixracında artım müşahidə olunduğu diqqətə çatdırılıb, meyvə-tərəvəz məhsullarının ixracındakı artım isə xüsusilə vurğulanıb. Daha sonra görüş diskussiya şəraitində davam edib və sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/xacmaz-gomruk-i-daresinde-yerli-is-adamlari-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR