Bakı marafonu - 300 "Azər Türk Bank"lı yürüşdə iştirak edib

Bakı marafonu - 300 "Azər Türk Bank"lı yürüşdə iştirak edib
16:15 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünən səhər Bayraq meydanından start götürən "Bakı Marafonu 2017" yürüşü Olimpiya stadionunda uğurla başa çatıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən bu möhtəşəm idman bayramının qalibləri müəyyən olundu və təşkilatçılar tərəfindən, yarışın şərtlərinə uyğun olaraq, pul mükafatları və hədiyyələrlə təltif ediliblər.

21 kilometrlik qaçış zolağını hamıdan tez qət edərək ilk onluqda qərarlaşan digər həvəskar idmançılara isə yarışın sponsorları, o cümlədən "Azər Türk Bank" öz hədiyyələrini təqdim edib.

Artıq beynəlxalq format almış bu tədbirdə minlərlə azərbaycanlılarla yanaşı, burada yaşayıb işləyən müxtəlif ölkələrin yüzlərlə vətəndaşlarının da məmnuniyyətlə qatıldığı bu əzəmətli tədbirin sponsorları sırasında bir dövlət bankı kimi "Azər Türk Bank" da vardır.

Ölkədə bir çox sosial layihələrin gerçəkləşməsində rolu olan "Azər Türk Bank" bu kimi mühüm əhəmiyyətli tədbirlərin ərsəyə gəlməsində iştirakından, xüsusilə son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdan qürur duyur. Korporativ üsluba uyğunlaşdırılmış idman geyimində 300 nəfər "Azər Türk Bank"lı yürüşdə iştirak edərək Bankı bu idman bayramında təmsil edib. Sevinirik ki, 30 aprel günü marafonçularımız, həm də "Azər Türk Bank"la birgə, küləyə qalib gəldilər.

Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunmuş bu layihənin icrasını “SMG” (“Sport Marketing Group”) şirkəti həyata keçirib.

“Bakı Marafonu 2017”-dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2748754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR