“PAŞA Həyat Sığorta”nın “Kredobank”dan alacağı var

“PAŞA Həyat Sığorta”nın “Kredobank”dan alacağı var
16:32 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Kredobank” ASC-də yaradılmış Kreditorlar Komitəsinin tərkibini açıqlayıb.
“Report”un məlumatına görə, siyahıda “PAŞA Həyat Sığorta” ASC-nin, Müdafiə Sənayesi Nazirliyinə məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC, eləcə də “Azərbaycan İpoteka Fondu” ASC-nin adı var.
Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 şirkət, Milli Mədəniyyətin Təbliği İctimai Birliyi, həmçinin 8 fiziki şəxs də “Kredobank”ın kreditorları siyahısındadır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pasa-heyat-sigorta-nin-kredobank-dan-alacagi-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR