Bakının sabiq merinin nəvəsi ABŞ-ı FƏTH ETDİ - FOTO/VİDEO

Bakının sabiq merinin nəvəsi ABŞ-ı FƏTH ETDİ - FOTO/VİDEO
16:38 1 May 2017
165 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı aktrisa Hyuston festivalı çərçivəsində "Ən yaxşı qadın rolu" nominasiyasında mükafatlandırılıb.

Publika.az xəbər verir ki, dünən ABŞ-ın Hyuston ştatında 50-ci "Worldfest Houston” beynəlxalq kinofestivalında Azərbaycan bədii filmi olan “İçəri şəhər” müvəffəqiyyətlə təqdim olunub. Bu barədə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası məlumat verib.

Hyustonda beynəlxalq kino festivalı çərçivəsində azərbaycanlı aktyorlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. “İçəri şəhər” filminin ssenari müəllifi və filmin əsas qəhrəmanı Təhminə Rafaella "Ən yaxşı qadın rolu", Azərbaycanın Əməkdar artisti Firdovsi Atakişiyev isə "İkinci planda ən yaxşı kişi rolu" nominasiyasında təltif edilib.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə Xalq artisti Elmira Şabanova, Əməkdar artistlər Firdovsi Atakişiyev, Mehriban Zəki və digər kino ulduzları çəkilib. Qeyd edək ki, ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb. Filmdə İçərişəhər üçün köhnə dar küçələri də xüsusi yer tutur. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilib.

Dram Arzu adlı gənc qızın müəlliminin oğlu ilə görüşdükdən sonra həyatının tamamilə dəyişməsindən bəhs edir. O, Qarabağ müharibəsi veteranıdır, həm sosial statusuna görə qızdan aşağı, yaşca xeyli böyükdür. Lakin bunların heç biri Arzu üçün narahatlığa əsas vermir, çünki o qəlibinin dərinliklərində hiss edir ki, doğma insanı tapıb. Qızın yaxınları isə onların münasibnətlərinə qarşı çıxır. Əsas hadisələr də bunun üzərində cərəyan edir.

Qeyd edək ki, “Worldfest Houston” Amerikada ən nüfuzlu kino festivalı üçlüyünə daxildir. Onun əsas qayəsi kino istehsalının inkişafına təkan verməkdir. Festivalın təsisçisi Hanter Todda 115 yaradıcılıq mükafatlarının sahibi, üç yüzdən çox filmin yaradıcısı, prodüseri və rejissoru hesab edilir. Kann, Toronto festivallardan fərqli olaraq, Houston öz miqyası ilə seçilir.

Qeyd edək ki, bundan əvvəl "İçəri şəhər" filmi Hindistanda, Misirdə, Estoniya və digər ölkələrdə beynəlxalq müsabiqələrdə uğurla təmsil olunub.

Filmin ideya və ssenari müəlliflərindən olan Təhminə Rafaella Bakının keçmiş meri Rafael Allahverdiyevin nəvəsidir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR