Lökbatan dairəsi istiqamətində yolların cizgi xətləri yenidən rənglənəcək

Lökbatan dairəsi istiqamətində yolların cizgi xətləri yenidən rənglənəcək
16:42 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi üçün Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu, “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda qeyd edilib. 
"Müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/lokbatan-dairesi-istiqametinde-yollarin-cizgi-xetleri-yeniden-renglenecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR