"BakuBus" vətəndaşlara müraciət edib:"Qadağandır!"

"BakuBus" vətəndaşlara müraciət edib:"Qadağandır!"
16:49 1 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

"Son günlər “BakuBus” avtobuslarının salonunda və  qapılarda yerləşdirilmiş məlumat xarakterli nişanlar, maarifləndirici lövhələr bəzi sərnişinlər tərəfindən sökülür".

 

“BakuBus”ın mətbuat xidmətindən Lent.az-a verilən məlumatda qeyd edilir ki, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinlər mənfi hərəkətlərdən çəkinməlidir.

Ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər  həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Belə ki, Nazirlər Kabinetinin 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişinlərə avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək, salonunu zibilləmək və digər bu kimi mənfi hərəkətlərə yol vermək qadağandır. Eyni zamanda, sərnişin bu qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır.

 

Bununla yanaşı, “BakuBus” həmin şəxslərin aşkar olunaraq hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması, qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə  qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır.

 

Hazırda avtobuslarda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara  yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılmaqdadır və yaxın günlərdə  araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

 

“BakuBus” bu kimi halları müşahidə edən sərnişinlərdən bu cür arzuolunmaz hərəkətlərə biganə qalmamalarını, elə yerindəcə hadisəyə öz vətəndaş mövqeyini, münasibətlərini bildirmələrini və  zərər yetirən şəxsin daha tez aşkar olunması üçün  dərhal *4242 qaynar xəttinə zəng edib məlumat vermələrini xahiş edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR