Ən çox adı "hallanan" universitetlərimiz

Ən çox adı "hallanan"  universitetlərimiz
16:57 1 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

Milli.Az a24.az-a istinadən xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8441 xəbər yerləşdirilib. Bunlardan 6 xəbər mənfi, 14 xəbər müsbət, 8421 xəbər isə neytraldır. Mənfi xəbərlər Texnologiya Universiteti (2 xəbər - rektorun təhsil ocağına nəzarəti itirməsi iddiası), Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (2 xəbər - rektorun kadr təmizləmə siyasəti) və Gəncə Dövlət Universitetinə (2 xəbər - universitetdə şok saxtakarlıq) məxsusdur. Müsbət xəbərlər arasında lider isə Moskva Dövlət Universitetinin Bakı filialıdır (9 xəbər - rektorun "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülməsi).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR