Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:12 1 May 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi məqsədi ilə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi  üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə  qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR