"İranlı diplomat bunları deməli idi, amma demədi" - Politoloq

"İranlı diplomat bunları deməli idi, amma demədi" - Politoloq
17:42 1 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

"İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında elə kodlaşdırılmış cümlələr işlədib ki, nə demək istədiyini yəqin özündən başqa kimsə anlamaz".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

İran: "Qarabağ münaqişəsi bir ölkə tərəfindən həll edilə bilməz"

Politoloqun fikrincə, Qasimi ifadəsində çox qarışıq fikirlər səsləndirib: "Birinci cümlə: "Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas amil - zaman və münaqişə tərəflərinin ciddiliyi əsas rol oynayır". İkinci cümlə: "Münaqişənin həllində çoxlu faktorlar rol oynayır. Sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın". Üçüncü cümlə: "Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil". Dördüncü cümlə: "Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür". Beşinci cümlə: "Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq".

Görəsən, iranlı diplomat sonuncu cümlədə "xalqın rolu" deyərkən hansı xalqı nəzərdə tutub? Və ya hansı "çoxlu faktorlar biləşməlidir" ki, münaqişə həll olunsun? Bu böhranı bir vasitəçi ölkə, məsələn Rusiya niyə yoluna qoya bilməz? Tehran Kremlin vasitəçiliyinə manemi olacaq? İranlı diplomat bu qədər müəmmalı cümlələr işlətmək əvəzinə deməliydi ki, münaqişə mərhələli şəkildə həll edilməli, Dağlıq Qarabağ ətrafındakı bölgələr boşaldılmalıdır. Deməli idi, demədi..."

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR