Tbilisidə polis və küçə satıcıları arasında qarşıdurma yaşanıb

Tbilisidə polis və küçə satıcıları arasında qarşıdurma yaşanıb
17:52 1 May 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə şəhər meriyasının binası qarşısında küçə satıcıları ilə polis əməkdaşları arasında qarşıdurma yaşanıb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, qarşıdurmaya etirazçıların yolu bağlamaq cəhdləri səbəb olub. Polis əməkdaşları onlara belə imkan yaratmır.
Aksiya iştirakçıları Navtluqi bazarı ərazisində küçə ticarətinə qoyulmuş altı aylıq qadağanın ləğv edilməsi tələbi ilə şəhər İcra Hakimiyyəti nümayəndələri ilə görüşmək istəyirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-polis-ve-kuce-saticilari-arasinda-qarsidurma-yasanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR