XİN-dən terror açıqlaması

XİN-dən terror açıqlaması
18:41 7 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Fransada törədilmiş terror aktını qəti şəkildə pisləyir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında bildirib.

"Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik".

H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: "Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilinməz".

XİN rəsmisi əlavə edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR