Ət yeyən bitki görənləri şoka salır

“Nepenthes attenboroughii” nepenteskimilər fəsiləsinin “nepenthes” cinsinə aid bitki növüdür.

Metbuat.az xəbər verir ki, bu bitki çanağına düşən kiçik gəmiriciləri (siçan və s.) və böcəkləri tutur, sorucu boruları vasitəsi ilə onları tədricən həzm edir. Yalnız Filippinin Palavan adasında, Viktoriya dağının zirvəsində bitən və 2007-ci ildə tapılan ətyeyən bitkiyə botanik və kinorejissor David Attenboroughun adı verilib.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR