AİF istiqraz emissiyasının növbəti tranşını yerləşdirməyə hazırlaşır

AİF istiqraz emissiyasının növbəti tranşını yerləşdirməyə hazırlaşır
18:07 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Mayın 4-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 10 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” AİF-ə istinadən xəbər verir ki, qiymətli kağızlar 1 002,33 manat qiyməti ilə satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Fondun ipoteka istiqrazlarının baza emissiya prospektini martın 6-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 100 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə iliik faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ai-f-100-mln-manatliq-istiqraz-emissiyasinin-novbeti-transini-yerlesdirmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR