Prezident İlham Əliyevdən israilli həmkarına

Azərbaycan prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə israilli həmkatı Reuven Revlinə məktub ünvanlayıb.

Metbuat.az-ın məlumatına görə, təbrikdə qeyd olunub:

"Cənab Reuven Revlin,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR