İlham Əliyev: "Azərbaycanla İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək"

İlham Əliyev: "Azərbaycanla İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək"
18:12 1 May 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR