AIDA rəhbəri Banqkokda keçirilən UNESCAP tədbirində iştirak edib

AIDA rəhbəri Banqkokda keçirilən UNESCAP tədbirində iştirak edib
19:32 1 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən təşkil olunan “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq” tədbirində iştirak edib.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, tədbir aprelin 28-29-da Banqkok şəhərində keçirilib.
Tədbirdə çıxış edən Ə.Şıxəliyev BMT tərəfindən qəbul edilən dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkəmizdə aparılan işlər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması və ölkə iqtisadiyyatının əsas sektorlarının inkişafı üzrə strateji yol xəritələrinin qəbul edilməsi və icrası, xüsusən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn tədbirlər barədə məlumat verib.
Bununla əlaqədar olaraq, Azərbaycan nümayəndəsi həmçinin kiçik və orta sahibkarlıq və ailə biznesinə, xüsusilə kənd yerlərində yerləşən istehsal yönümlü ailə təsərrüfatlarına dəstək məqsədilə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış ABAD-ın fəaliyyəti haqqında danışıb. 




Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/aida-rehberi-banqkokda-kecirilen-unescap-tedbirinde-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR