Türkiyə XİN başçısı: “Terrorçuluğa qarşı mütləq mübarizə aparmaq lazımdır”

18:42 7 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 18:33 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə “Charlie Hebdo” qəzetinin redaksiyasına edilən terror hücumunu pisləyib.

APA-nın “Sabah”a istinadən verdiyi məlumata görə, M. Çavuşoğlu ölkəsinin birmənalı olaraq terrorçuluğu pislədiyini bildirib.

 

“Terrorçuluğa qarşı mütləq mübarizə aparmaq lazımdır”, - deyə o vurğulayıb.

 

M. Çavuşoğlu qeyd edib ki, hazırda terrorla mübarizə sahəsində ciddi çatışmazlıq var: “İŞİD-lə mübarizədə neçə aydır heç bir nəticə əldə olunmayıb”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR