Azərbaycanın kempo uzrə idmançıları Dünya çempionu olublar

Azərbaycanın kempo uzrə idmançıları Dünya çempionu olublar
20:08 1 May 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Portuqaliyanın Albufeyra şəhərində Kempo üzrə 14-cü Dünya Kuboku və Dünya çempionatı keçirilib.

Trend-in məlumatına görə, yarışda Azərbaycanın 2 idmançısı iki versiya üzrə iştirak edib.(Kempo-Full) və (Submişn Gi).

Çempionatın ikinci günü (26.04.2017)Kempo Submişn Gi üzrə keçirilən yarışda 14-15 yaşlar arasında 65 kq çəki dərəcəsində Toğrul İbrahimli 3 görüş keçirərək finalda Fransa idmançısına məğlub olub və 2-ci yerlə kifayətlənib. Sonra kişilər arasında 60 kq çəki dərəcəsində Novruz Novruzov 4 görüş keçirərək 1-ci yeri qazanıb.

Yarışın 4-cü günü (28.04.2017) kempoçularımız Kempo Full üzrə iştirak ediblər. Hər iki idmançımız - Novruz Novruzov kişilər arasında 60 kq çəki dərəcəsində, 14 -15 yaşlar arasında isə Toğrul İbrahimli 60 kq çəki dərəcəsində bu versiya üzrə bütün rəqiblərini məğlub edərək 1-ci yeri qazanıblar. Kempoçuların bu çempionatda iştirak etmələri üçün Azərbaycan Gənclər və İdman nazirliyinin maddi və mənəvi dəstəyi olub. Çempionatda 42 dövlətdən 450-ə yaxın idmançı öz gücünü sınayıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR