Daşkənddə "Xalqların adət-ənənələri" mədəniyyət festivalı keçirilib

Daşkənddə "Xalqların adət-ənənələri" mədəniyyət festivalı keçirilib
20:42 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Özbəkistan paytaxtı Daşkənd şəhərində keçirilən "Xalqların mədəniyyəti və adət-ənənələri" adlı festivalda təmsil olunub.
"Report"un məlumatına görə, Azərbaycanı tədbirdə Daşqənddəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Azərbaycan üçün ayrılmış xüsusi otaqda ölkənin mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirləri, milli musiqi alətləri, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.
Azərbaycan guşəsində təşkil olunan kitab sərgisində isə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində çap edilən nəşrlər təqdim olunub.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin milli rəqs qrupları çıxış edib, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı bir sıra milli rəqsləri ifa ediblər. 









Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/daskendde-xalqlarin-adet-eneneleri-medeniyyet-festivali-kecirilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR