Kislota ilə yandırılan qızın toyu oldu - FOTO

Kislota ilə yandırılan qızın toyu oldu - FOTO
20:47 1 May 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda üzünə atılmış kislotaya görə gözəlliyini itirən 26 yaşlı Kavita Braunun toyu olub. 

K.Braun 27 yaşlı sevgilisi Niteşa Vermaya ərə gedib. K.Braun bildirib ki, baş vermiş hadisədən sonra sevgilisi ona dəstək olan yeganə şəxsdir.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, 26 yaşlı K.Braunun sifətinə kislotanın burulması nəticəsində o, əllərindən, üzündən başından və sinəsindən yanıq xəsarətləri alıb. Günahkardan polisə şikayət etdiyi üçün ailəsi də ondan imtina edib. Ailə bildirib ki, bu məsələnin ictimailşməsi onları utandıra bilər.  K.Braun isə polisə şikayət edərək günahkarı həbs etdirib. Bu qədər vaxt ərzində isə ona sevgilisi Niteşa Verma dəstək olub. Üç dəfə estetik əməliyyat keçirən K.Broun sevdiyi oğlanla çox xoşbəxt olduğunu bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR