Faiq Ağayev: "Bir ildir sırğanı çıxarmıram"

Faiq Ağayev: "Bir ildir sırğanı çıxarmıram"
20:52 1 May 2017
316 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, estrada ulduzu Faiq Ağayev bir müddətdir ki, son illərin dəbi olan ombre saç modelini seçib.

Milli.Az bildirir ki, Bu trendi bəyəndiyini deyən məşhur müğənni ailem.az-a açıqlamasında hələ ki, dəyişmək istəmədiyini etiraf etdi. F. Ağayev hətta uzun illər əvvəl dəbi qabaqlayıb: "Saçım xoşuma gəlir. İlk dəfə 2001-ci ildə bu cür saç modeli etdirmişdim. "Ömür bumu" klipində də bu saç modelində idim. O vaxtı konsertim üçün etmişdim bu obrazı. Saxlamışam, xoşuma gəlir. Bir az belə dəbli dillə desək "fresh", yəni fərah görünür. Bir dənə çox gülməli məsələ olub. Sosial şəbəkədə şəkillərimdən birini paylaşmışdım. Daimi izləyicilərimdən biri yazdı ki, "aaaa sırf Messidəki kimi". Digər daimi izləyicim də ona cavab verir ki, "2001-ci ildə Messi varıydı? Faiq Ağayev eyni saçla gəzirdi".

Hər zaman geyimi və imici ilə diqqət cəlb edən xalq artisti səliqə-səhmana üstünlük verir. O, adi insanlara da hər zaman baxımlı olmağı məsləhət görür:  Dünyada brenddir, yaxın Türkiyə, Rusiya və ya Hollivudda, elə idmanda, futbolda, belə modellər dəbdir. İnsanın həm də özünü ifadə formasıdır bu. Məsələn, mən özünə baxan insanları xoşlayıram, xanımlı, bəyli. "Üstü, saçı səliqəli, ayaqqabısı təmiz olsun. Geyimi baha olmasın, amma nəfis, gözəl, bədən ölçüsünə uyğun olsun. Mən hər zaman deyirəm ki, bədəninizi tanıyın. Geyim bədən ölçüsünə uyğun olanda adamın gözünü oxşayır".

Hər zaman dəbli xalq artistini sırğada görməyə alışmışıq. Estrada ulduzu bu aksessuarından da vaz keçmək fikrində deyil: "Sırğanı bir il bundan əvvəl taxdım, hansısa bir çəkiliş üçün. O vaxtdan da çıxarmıram. Misal üçün, ucaboy adam cins geyinə bilər və balağını qatlayar, ayağının bir hissəsi lüt qalacaq. Mən onu edə bilmirəm. Çünki boyum balacadır. Mənə uyğun deyil. Bunu da etsəm, ayaqlarım lap balaca görünəcək. Düzdür, sırğa Azərbaycan reallığında ekstremal seçimdir. Saçda ombreni də hər kəs etmir. Lakin çıxın şəhərə, baxın görün nə qədər baxımlı bəylər və xanımlar var ki, insan kimi də insandır, özünə də baxır. Geyimlə, aksessuarlarla  özlərini ifadə edə bilirlər".   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/540669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR