Tramp: “Mən insanları öldürməyə...”

Tramp: “Mən insanları öldürməyə...”
20:53 1 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Suriya ordusuna aid təyyarə bazasına raket zərbələri barədə qərarı çətinliklə qəbul etdiyini bildirib.

Publika.az xəbər verir ki, prezident bu haqda Ağ Evin Oval kabinetində olan CBS telekanalının müxbirinə deyib.

“Burada ən əhəmiyyətli qərarlar qəbul edilir. Məsələn, Suriyanın 59 ədəd “Tomaqavk” raketi ilə vurulması barədə qərar. Bunlar çox çətin qərarlardır. Çünki, insanların həyatından söhbət gedir. Siz insanları öldürürsünüz. Mən buna nifrət edirəm. Amma iş həyata keçirilməlidir”, - Tramp vurğulayıb.

Xatırladaq ki, aprelın 7-də ABŞ Suriya ordusuna məxsus Şayrat aviabazasına raket zərbələri endirib. Vaşinqtonun iddiasına görə, bu, Suriyanın İdlib vilayətində həyata keçirilən kimyəvi silah hücumuna cavab idi.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR