Lavrov və Tillerson arasında telefon danışığı olub

Lavrov və Tillerson arasında telefon danışığı olub
21:22 1 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Söhbət zamanı mayın 10-11-də Ferbenksdə Arktik Şuranın toplantısı çərçivəsində görüşə dair  razılıq əldə edilib, eləcə də ikitərəfli əlaqələrin bəzi məsələlərinə toxunulub.
 
"Danışıq zamanı həmçinin Rusiya-ABŞ təmaslarının təqvimi müzakirə edilib. Tərəflər arasında həmçinin mayın 3-4-də Astanada Suriya üzrə görüş barədə qısa fikir mübadiləsi aparılıb", məlumatda deyilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR