Tramp Kim Çen Inla görüşə hazır olduğunu bildirib

Tramp Kim Çen Inla görüşə hazır olduğunu bildirib
21:32 1 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp münasib şəraitdə KXDR lideri Kim Çen Inla görüşməyə hazır olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə "Bloomberg" xəbər verir.
"Əgər bu, münasib şəraitdə olsaydı, mən tam hazır olardım, mən bunu şərəf sayardım. Təkrar edirəm, əgər bu, münasib şəraitdə olacaqsa. Amma mən bunu edərdim"- deyə o bildirib.
Tramp həmçinin qeyd edib ki, "bir çox siyasətçilər heç vaxt belə şey deməyiblər". Ağ Ev rəhbəri əlavə edib ki, onda Kim Çen Indan "qaynar xəbərlər" var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-kim-cen-inla-goruse-hazir-oldugunu-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR