Cocuq Mərcanlıda 1436 qəlpə və tank əleyhinə mina tapıldı

Cocuq Mərcanlıda 1436 qəlpə və tank əleyhinə mina tapıldı
21:48 1 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1436 qəlpə, tank əleyhinə “TM-57” minası aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 39 min 129 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Publika.az-a bildiriblər ki, 73 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz altı partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 547 min 889 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən mayın 1-dək 5143 partlamamış hərbi sursat, tank əleyhinə 110 mina və piyada əleyhinə 12 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 609 min 593 kvadratmetr ərazi yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR