İran turist avtobusu qəzaya uğrayıb: 2 ölü, 17 yaralı

İran turist avtobusu qəzaya uğrayıb: 2 ölü, 17 yaralı
21:50 1 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İranın cənubunda, Fars vilayətində turist avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 2 almaniyalı turist hılak olub, 17 nəfər isə yaralanıb.

Təcili yardım tibb briqadasının rəhbəri Məhəmməd Reza Əlimaneş bildirib ki, qəzadan dərhal sonra hadisə yerinə təcili yardım helikopteri göndərilib və xəsarət alanlardan biri xəstəxanaya helikopter vasitəsi ilə çatdırılıb.

Yerli polisin məlumatına görə, qəza yüksək sürət və yolun sürüşgən olması sıbəbindən baş verib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2748900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR