Bir əsrdən çox tarixi olan Vətən kinoteatrı' ilə bağlı problem yaranıb.
Milli.Az bildirir ki, paytaxtın Səbail rayonu Nizami küçəsi, 77 ünvanında yerləşən kinotear hərrac yolu ilə özəlləşdirilməsinə baxmayaraq, bir neçə sahibkar hələ də oradan çıxmaq istəmir. Buna səbəb kimi onlara kinoteatrın rəhbərliyi tərəfindən əvvəlcədən xəbərdarlığın edilməməsini göstərirlər.
Kinotetrın direktoru Məmməd Dostuyev bildridi ki, kinoteatr qanuna uyğun olaraq hərraca çıxarılıb və fiziki şəxs tərəfindən özəlləşdirilib. Bunun üçün də sahibkarlara obyektləri tərk etmələri ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, Vətən kinotetrı bir müddət əvvəl hərraca çıxarılaraq özəlləşdirilib. Bununla da kinoteatr, Mədəniyyət və Turizm Nazirlyinin balansından çıxarılıb. /xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: